SON XƏBƏR

Meriyanın milyonluq tenderlərinin qalibi elan edilən şirkətin "krışası" kimdir?

Noyabr 13
01:06 2020
Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq evləri İdarəsi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərsə də, təşkilat dövlət satınalmalarında müstəqil qurum kimi iştirak edir. 
 
Qlobal.az xəbər verir ki, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq evləri İdarəsi son satınalmaya 2020-ci ilin sentyabr ayının 14-də yekun vurub. 
 
Dörd lot üzrə keçirilən satınalmaların ümumi məbləği 4.471.241 (dörd milyon dörd yüz yetmiş bir min iyirmi dörd) manat təşkil edib:
 
Lot 1 - yanğın söndürən balonların doldurulması və tədbir üçün müxtəlif kostyumların alınması - 1.484.452 manat;

Lot 2 - mebel və avadanlıqların satınalınması - 1.301.493 manat;

Lot 3 - maşın və avadanlıqların alınması - 1.536.382;

Lot 4 - uşaq Bağçaları və Uşaq evlərində abadlıq işlərinin satınalınması - 148.914 manat. 

Qeyd edək ki, Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq evləri İdarəsinin eyni gündə - 2020-ci ilin sentyabr ayının 14-də yekun vurduğu 4 tenderin hamısının qalibi eyni şirkət - "TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA" Qapalı Səhmdar Cəmiyyəti olub. 
 
Qeyd edək ki, "TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA" Qapalı Səhmdar Cəmiyyəti 2015-ci ilin mart ayının 3-də təsis edilib. 
 
Nizamnamə kapitalı 2050 manat olan QSC-nin qanuni təmsilçisi Əbilov Elçin İslam oğlu, hüquqi ünvanı isə General Mehmadarov küçəsi 98, 47 ünvanıdır. 
 
Şirkətin nə əlaqə telefonu, nə də elektron ünvanı barədə məlumata rast gəlinmir. 
 
"TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA" QSC Bakı Şəhər İcra Hakimiyyətinin sifarişçi olduğu milyonluq tenderlərində qalib olan əsas şirkətlərdən biridir.

Qlobal.az-ın əldə etdiyi məlumata görə "TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA" QSC-ni Azər Həsənov adlı şəxsin idarə etdiyi iddia edilir.
 
Həmçinin onun yüksək vəzifəli məmurlarla əlaqələrinin olduğu bildirilir.
 
Bakı Şəhər İcra Hakimiyyətindən iddia olunan məsələyə mövqe öyrənməyə çalışsaq da, qarşı tərəf münasibət bildirmədi.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook