Mərkəzi Bank bu gün hərrac keçirəcək
Avqust 01
09:44
2016
Bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirəcək.
Qlobal.az Mərkəzi Banka istinadla xəbər verir ki, dolayı depozit hərracında 50 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 28 gündür. "Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 4,01-6,99 faiz təşkil edir.
Qlobal.az