Mərkəzi Bank bu şirkətin fəaliyyətində nöqsanlar aşkarlayıb
İyul 09
11:16
2024
"Şəki Şərab" Açıq Səhmdar Cəmiyyəti barəsində inzibati xəta haqqında icraat aparılır.
Azərbaycan Mərkəzi Bankı şirkətin fəaliyyətində nöqsanlar aşkarlayıb.
Qeyd edək ki, "Şəki Şərab" 2004-cü ildən fəaliyyət göstərir. 52300 manat nizamnamə kapitalına malik olan şirkətin rəhbəri Əliyev Müslüm Bayram oğludur. (İqtisadiyyat.az)
Buna görə də şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.
Daha sonra protokol Şəki Rayon Məhkəməsinə göndərilib və iş hakim Kamran Musayevin icraatına verilib.
"Şəki Şərab" ASC-nin barəsində tərtib olunan protokolda deyilir ki, Mərkəzi Bankın fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
İXM-nin 548-ci maddəsi bütövlükdə Mərkəzi Bankın fəaliyyətinə mane olan halları müəyyən edir.