Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirəcək
Oktyabr 07
10:35
2016
Oktyabrın 10-da Azərbaycan Respublikasının Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirəcək.
Qlobal.az Mərkəzi Banka istinadla xəbər verir ki, dolayı hərracda 50 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 28 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 12,01-14,99 faiz təşkil edir.
Qlobal.az