SON XƏBƏR

Mərkəzi Bankda 4,4 mlrd. manat artım olub

İyul 08
05:38 2023
2022-ci ildə Mərkəzi Bankın aktivlərində 18%-ə yaxın və ya 4,4 mlrd. manat artım olub.

"AzPolitika.info” xəbər verir ki, iqtisadçı Rövşən Ağayev Mərkəzi Bank 2022-ci il üçün maliyyə hesabatını təhlil edərkən bildirib. 

Onun sözlərinə görə, aktivlərin genişlənməsində cəlb edilmiş vəsaitlərin payı həlldici olub: borc qiymətli kağızlarının buraxıılışı hesabına əvvəlki illə müqayisədə 1.2 mlrd. manat əlavə vəsait, rezident bankların qısamüddətli depozitləri hesabına 2 mlrd. manata yaxın vəsait cəlbi olub. 2 mlrd. manatdan artıq emissiya həyata keçirlib.

İqtisadçının sözlərinə görə, aktivlərin 70%-dən çoxu (22 mlrd. manat) borc qiymətli kağızlarına yatırılıb və bu əvvəlki ildəkindən 5 mlrd. manat çoxdur: "Beynəlaxalq maliyyə standartları baxımından yanaşdıqda, Mərkəzi Bankın qiymətli kağızların az hissəsi - təxminin 1,4 mlrd. manatı ticarət məqsədli və qısa müddət ərzində bazar dəyərinin dəyişməsindən mənfəət əldə etmək məqsədli alətlər, məsələn, səhmlər olub. Daha böyük hissəsi - 11,1 mlrd. manat son müddətə qədər əldə tutulan, daha çox sabit gəlirli alətlərdir, yəni istiqrazlar və notlardır. Bütövlükdə xarici bazarlarda borc qiymətli kağızlarına yatırılan 12,5 mlrd. manata yaxın vəsaitin 10,1 mlrd. manatı müxtəlif notlara yatırılıb. Məsələn, 5,6 mlrd. manatı xarici dövlətlərin xəzinədarlıq notlarına qoyulub. Notlar daha qısamüddətli - 1 ilədək olan borc kağızlarıdır”.

R.Ağayev daha sonra qeyd edib ki, borc qiymətli kağız portfelinin təxminən 9,4 mlrd. manatı Beynəlxalq Bankın salındığı bataqlıqdan çıxarılması üçün "Aqrarkredit”in vasitəçiliyilə illik 0,15%-lə 30 illiyə buraxılan borc kağızlarına yatırımdır.

"Maraqlıdır, son 3 ildə hökumət bu portfelin azaldılması istiqamətində addım atmır. Borclanmanın baş verdiyi son 7 ildə isə əsas borcun hətta 10%-dən az hissəsi geri dönüb”, - o bildirib.

İqtisadçı əlavə edir ki, qeyri-rezident banklarda yerləşdirdiyi nağd pul vəsaitlərinin həcmi 2 mlrd. manata yaxın artaraq təxminən 5.4 mlrd. manat olub: "Törəmə maliyyə alətləri - svop, fyuçers, forvard üzrə əməliyyat dövriyyəsi kiçik olub və əvvəlki ilə nisbətən 2 dəfədən çox azalıb. Mərkəzi Bankın aktivlərinin 30%-ə yaxını (11,6 mlrd. manat) ölkə daxilinə, 70%-i xaricə (o cümlədən, 11.4 mlrd. manat Şimali Amerika, 3.8 mlrd. manatı Avropa) bağlıdır”.

Rövşən Ağayev vurğulayıb ki, hesabatda aktivlərin strukturu və coğrafiyası ilə bağlı əvvəlki illərə nisbətən daha geniş məlumatlar açıqlansa da, valyuta ehtiyatlarının idarə edilməsinə dair ayrıca rüblük hesabatlar da ola bilər: "Ən azından bu sahədə Neft Fondunun hesabatlılıq təcrübəsi istifadə edilə bilər.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook