Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində yeni bölmə yaradılıb
Noyabr 21
08:53
2023
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində yeni bölmə yaradılıb.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən "Report”un yerli bürosuna verilən məlumata görə, vətəndaşların müraciətlərinə baxılması, onları maraqlandıran məsələlər, üzləşdikləri problemlər barədə birbaşa ünsiyyət formatında məlumatlanmaq, həll yollarının tapılması eyni zamanda vətəndaşların maliyyə xidmətləri mövzusunda maarifləndirilməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi bölməsi yaradılıb.
Qeyd olunub ki, fiziki və hüquqi şəxslər kredit və sığorta təşkilatları tərəfindən qanunvericiliyin tələblərinin pozulduğu hallarda, həmçinin Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin səlahiyyətlərinə aid məsələlər barədə bölməyə müraciət edə bilərlər.