SON XƏBƏR

Mərkəzi Bankın nə qədər valyuta ehtiyatı qalıb?

May 18
11:47 2017
31 mart 2017-ci il tarixinə Mərkəzi Bankın xarici valyuta ehtiyatları 4 mlrd. 433 mln. dollar təşkil edib. 

Qllobal.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-mart ayları üzrə Pul Siyasəti İcmalında öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, yeni məzənnə rejiminin tətbiqi Mərkəzi Bankın ehtiyatlarının zəruri səviyyədə qorunmasına imkan verir.

"Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi kifayətlilik üzrə beynəlxalq təcrübədə qəbul edilmiş normaları (3 aylıq mal və xidmət idxalını örtmək, milli valyuta ilə pul təklifinə nisbət və s.) üstələyib”, - deyə məlumatda vurğulanıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook