SON XƏBƏR

Mərkəzi Gömrük Hospitalında borclu şirkət qalib elan edildi: Qanunu pozan kimlərdir?

Oktyabr 29
13:45 2021
Azərbaycanda dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatların sifarişçi olduqları satınalmalarda qeyri-şəffaflığa yol verildiyi barədə mediada dəfələrlə yazılıb. 
 
Qlobal.az xəbər verir ki, Azərbaycan Respublikasının "Dövlət Satınalmaları Haqqında" Qanunun tələblərinə riayət etməyən təşkilatlardan biri də Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalıdır.
 
Mərkəzi Hospital 2021-ci ilin oktyabr ayının 27-də "Mərkəzi Hospitalın inzibati binasında isitmə-soyutma sistemlərinə illik texniki baxım və ehtiyyat hissələrin təmin edilməsi xidmətinin satınalınması" lotu üzrə tenderə yekun vurub. 
 


 
Qeyd edilən lot üzrə tenderin məbləği 113.869 manat, qalibi isə "Mats Engıneerıng" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
 
"Mats Engıneerıng" MMC 2018-ci ildə Vergilər nazirliyində dövlət qeydiyyatına alınıb. 
 

 
On manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Əliyeva Aygün Ağarəşid qızıdır. 
 
"Mats Engıneerıng" MMC-nin fəaliyyət profili, maddi-texniki bazası, uyğunluq lisenziyaları barədə məlumat verilmir. 
 
Həmçinin bu şirkət vergi mükələffiyətini də yerinə yetirmir. Belə ki, hazırda Mats Engıneerıng" MMC-nin 7.183 manat vergi borcu var. 
 

 
"Dövlət Satınalmaları Haqqında" Qanuna görə iddiaçı qismində iştirak edən təşkilatlar sifarişçi təşkilatın tender komissiyasına təqdim etdikləri sənədlərdən biri də vergi borcunun olmaması haqqında arayışdır.
 
"Dövlət Satınalmaları Haqqında" Qanunun müddəalarının ziddinə olaraq, dövlətə külli miqdarda vergi borcu olan bir şirkətin dövlət satınalmasına buraxılması və qalib elan edilməsi ciddi qanun pozuntusu olmaqla yanaşı, eyni zamanda tender komissiyasının fəaliyyətini də ümumilikdə şübhə altına alır. 
 
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalından münasibət öyrənməyə çalışsaq da, qarşı tərəf mövqe bildirmədi.
 

 
Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədovdur. 
 

 
Qeyd edək ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədovdur. 
 
Adları çəkilən şəxs və ya qurumlar mövqe bildirə bilər. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook