SON XƏBƏR

Məşhur klubun stadionunda yonca əkilib

Aprel 20
11:45 2022
Azərbaycan futbolunun stajlı azarkeşləri İmişli bölgəsinin təmsilçilərini, yəqin ki, xatırlamamış olmaz. Xüsusən də "MKT-Araz”ın adını eşidəndə İmişli azarekşlərinin daxilində nostalji hisslər oyanır. Klubun Azərbaycanın yüksək və aşağı dəstəsində keçirdiyi oyunlar, nəticələr hamısı bir-bir gözlərinin qarşısından keçir. İmişlidəki stadionun meydançasındakı unudulmaz oyunlar xatırlanır. Həmin meydança bu gün heç də yaxşı durumda deyil. Hətta meydançada rahat şəkildə inək otarmaqdan belə çəkinmirlər.

Bu barədə Qaynarinfo-nun redaksiyasına rayon sakinləri məlumat verib. Göndərilən videomaterialda stadionda inəklərin otlaması açıq-aydın görünür. Əslində, hər şey təkcə bu inəklərlə bitmir. Mənbəmizin bildirdiyinə görə, stadionun arxasında məşq üçün nəzərdə tutulan 2 ədəd ehtiyat meydança kiməsə icarəyə verilib. Həmin adam isə orada öz heyvanları üçün yonca əkib. Bəli, oyun keçirmək üçün nəzərdə tutulmuş meydançada YONCA əkilib! Bundan başqa hazırda Region Liqasında bölgəni təmsil edən "Mil-Muğan”ın qapısının torunun da pis vəziyyətdə olduğu, hakimlərin paltardəyişmə otağında nəinki ayaqyolu, heç əl yumağa suyun da olmadığı, işıq və qazın kəsildiyi, süni örtüklü meydançanın isə bərbad vəziyyətə salındığı bildirilib.

Həqiqətən maraqlıdır, AFFA-nın hər ay bölgə futboluna ayırdığı pullar hara, kimin cibinə gedir? İmişli futbolsevərləri bütün bunlara görə AFFA tərəfindən bölgədə futbola nəzarət üçün təyin edilən Mirheydər Səfiyevi günahkar göstərirlər. Bu üzdən kimə müraciət ünvanlayacaqlarını və narazılıqlarını çatdıracaqlarını bilmirlər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook