SON XƏBƏR

Məşhur məşqçidən üzücü xəbər - xərçəngə tutulub

Aprel 04
15:10 2022
Niderland millisinin baş məşqçisi Lui Van Qal prostat xərçəngi olduğunu açıqlayıb.

Qaynarinfo xəbər veriur ki, 70 yaşlı məşqçi, ona aqressiv xərçəng növü diaqnozu qoyulduğunu və 25 dəfə müalicə olunduğunu bildirib:  "Milli komandanın baş məşqçisi olduğum müddətdə, futbolçular fərqinə varmasın deyə gecələr xəstəxanaya gedirdim. Sağlam olduğumu düşünürdüm. Amma deyildim". 

Xəstəliyi ilə bağlı futbolçularına danışmaq istəmədiyini bildirən Lui Van Qal bu sözləri söyləyib: "Oyunçularıma demək istəmədim, çünki bu, onların performansına təsir edə bilər. Mənim nizam-intizam və iradə gücüm çox yüksəkdir. İşimin öhdəsindən gələ bilirəm. Çünki bu işi sevirəm. Bu komanda ilə işləməyi sevirəm". 

Karyerasında "Mançester Yunayted”, "Barselona” və "Bavariya” kimi Avropa nəhənglərini çalışdırmış Van Qalın rəhbərliyi altında Niderland Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatında Seneqal, Ekvador və Qətərin yer aldığı A qrupunda mübarizə aparacaq.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook