Məşhur meyxanaçı saxta yolla maşın aldı – ŞOK FAKTLAR
Yanvar 25
11:21
2017
Məşhur meyxanaçı İntiqam Rüstəmov oğluna oğurluq maşın alıb. Vətəndaş Əliyeva Mətanət Bəşir qızına məxsus "Lexus-350” markalı 90-DX-350 dövlət nömrə nişanlı avtomobil 31 saylı notariusda onun iştirakı olmadan Rüstəmov Rüstəm İntiqam oğluna satılıb.
Bu barədə məlumatı Unikal.org-a Mətanət Əliyevanın nümayəndəsi Elnarə Məhərrəmova verib. O, bu işdə əli olan və qanunu pozan şəxslərin araşdırılıb, cəzalandırılmasını tələb edir:
"2009-cu ildə Əliyeva Mətanətin həyat yoldaşı hədiyyə olaraq onun adına 90 DX 350 dövlət qeydiyyatı nömrəli Lexsus RX 350 markalı avtomobil alıb.
21.07.2012-ci il tarixində Əliyeva Mətanət tərəfindən tanışı Rusiya Federasiyasının vətəndaşı olan Səfərov Murada maşını idarə etmək üçün müvəqqəti etibarnamə verib. Sonra Murad Rusiyaya qayıdacağını və maşını qaraja qoyduğunu bildirib. 06.09.2012-ildə Murad Səfərovun adına verilən vəkalətnamə ləğv edilib. Sonra məlum olub ki, 09.09.2015-ci ildə Bakı şəhərində yerləşən 31 saylı notariusda Əliyeva Mətanətin adından, xəbəri və iştirakı olmadan alqı-satqı yolu ilə maşın Rüstəmov Rüstəm İntiqam oğluna, 10.09.2015-ci il tarixində isə Rüstəmov Rüstəm İntiqam oğlu Rüstəmov İntiqam Fətulla oğlunun adına 50 DA 919 dövlət qeydiyyatı nömrəsi ilə sənədləşdirib. Maşın hal-hazırda Sumqayıt şəhərində Rüstəmov İntiqam Fətulla oğlundadır. Onu da qeyd edim ki, Əliyeva Mətanət maşını Murada müvəqqəti sürmək üçün Sabunçu rayonunun ərazisində yerləşən Karqanov küçəsi 9 ünvanında vermişdir”.
Elnarə Məhərrəmovanin sözlərinə görə, göstərilən oğurluq faktının düzgünlüyü araşdırılıb: "Xahiş edirik Əliyeva Mətanət Bəşir qızına məxsus olan Lexus RX 350 markalı 90 DX 350 dövlət qeydiyyatı nömrəli avtomobil tapılıb üzə çıxması üçün tədbirlər görülsün. Bu işdə əli olan və qanunu pozan şəxslər araşdırılıb, cəzalandırılsın”.