Məşhur professorun oğlunun tikinti şirkəti nazirliyə balıq yemi satır
Aprel 10
16:45
2023
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi olan "Dörd Bucaq” MMC (VÖEN – 1006513211) Bioloji Müxtəlifliyin Qorunması Xidmətinə balıq yemi satcaq.
Bioloji Müxtəlifliyin Qorunması Xidməti 35 ton balıq yemi üçün "Dörd Bucaq” MMC-yə 21 min 350 manat ödəyəcək.
Tender müsabiqəsiylə bağlı diqqət çəkən məqam odur ki, Dövlət Xidmətinə balıq yemi satan şirkət tikinti şirkətidir. "Dörd Bucaq” MMC-yə məxsus olan "4bucaq.az” saytının hazırda "təmirdə” olduğu bildirilir. Lakin, MMC-nin sosial şəbəkə hesabında şirkətin təmir-tikinti işləri ilə məşğul olduğu qeyd olunur.
Onu da qeyd edək ki, "Dörd Bucaq” MMC 16.06.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, Cavad xan, ev 4, m. 16-da yerləşir. Şirkətin qanuni təmsilçisi İsrafil Mirzai Cəbrayıl oğludur.
Qlobal.az