Məşhur rejissor plaqiatda ittiham olunur
Yanvar 03
18:32
2016
Amerikalı məşhur kinorejissor Kventin Tarantino plaqiatda ittiham olunur.
ANS PRESS-in məlumatına görə, iki bir o qədər də məşhur olmayan ssenari müəllifləri Oskar və Tomas Kolvinlər rejissorun "Canqo azad edilmiş” filminin ssenarisinin onlardan oğurlandığını iddia edirlər və bununla bağlı məhkəməyə müraciət ediblər.
Kolvinlərin sözlərinə görə, ağ dərili insanın qacaq qula ailəsini quldarlıqdan azad etməyə köməklik göstərən adam haqda hekayəni onlar yazıblar. Sadəcə onların hekayəsində qulun adı Canqo deyil Cekson Frimandır, məşhur doktor Şultsun adı isə Samsondur.
"Canqo azad edilmiş” "Canqo” adlı vestern janrında yazılmış kitab əsasında çəkilməsinə baxmayaraq Kolvinlər əmindirlər ki filmin süjeti onlardan oğurlanıb. "Zərərçəkmişlərin” fikirincə Tarantino onların ssenarisini oxuya bilərdi, çünkü onlar yazılarını bir çox agentliklərə göndəriblər.
Kolvinlər artıq Vaşinqton federal məhkəməsində Tarantinoya qarşı iddia qaldırıblar.