Mətanət İsgəndərlinin azyaşlı nəvələri anasından necə alınıb?
Oktyabr 29
16:05
2021
Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Aynur Həmidovanın (Canana) 3 azyaşlı uşağının məhkəmə qərarı ilə əri Kərim Həmidovun himayəsinə verilməsi müzakirələrə səbəb olub. A.Həmidova da bununla bağlı qəyyumluq komissiyasının rəyinə və hakimin qərarına etiraz edib.
A.Həmidovanın vəkili Namiq Hacıyev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, hakim Etibar Mustafayev Binəqədi rayon icra hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinin rəyinə istinad edib: "Məhkəmə iclasında uşaqlardan soruşdular. Onlar da çaş-baş qalıb dedilər ki, atamız söz verib ki, buradan çıxandan sonra bizi balıq yeməyə aparacaq. Çox pis yanaşmadır. Böyük uşaq Tuncay isə bildirir ki, biz istəmirik anamız əziyyət çəkib pul qazanıb bizi saxlasın. Atam ondan imkanlıdır, daha rahat yolla pul qazanır. Qoy pul qazanıb bizi saxlasın. Anamıza əziyyət vermək istəmirik”.
N.Hacıyev qeyd edib ki, Aynur Həmidovanın 6 yaşlı qızının ana qayğısına ehtiyacı var: "Aydın məsələdir ki, Kərim Həmidov sabah ailə quracaq. O ögey ana doğma ananın əvəzini verə bilər? Qızın 6 yaşı var, ona doğma ana qayğısı lazımdır.
Ana ya narkoman, ya içki düşkünü, ya da yüngül həyat tərzi keçirməlidir ki, uşaqlar anadan alınsın. Bunların isə heç biri yoxdur. Çox ədalətsiz yanaşma oldu”.
Uşaqların anası Aynur Həmidova da qərara etiraz edib:
"Həmişə olduğu kimi uşaqlar məhkəməyə öyrədilib hazırlıqlı getmişdi. Ruhlanımdan soruşdum ki, sən kimi seçirsən, dedi ki, onları, mənə "playstation" alacaqlar. Tuncaydan da soruşdum ki, nə üçün belə qərar verdin, dedi ki, sən yük olmayım, onlar pulu rahat qazanırlar, sən isə çox işləməlisən, istəmirəm sən əziyyət çəkəsən. Onun bu sözü ürəyimə bıçaq təki sancıldı. Yəni pul insan həyatını idarə edir, balanı anadan ayrı salır”.
Vəkil Vasif İsrafilov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, uşaq nikah pozulanda adətən ananın yanında saxlanılır: "Üç yaşına qədər uşaqlar birmənalı olaraq ana ilə bağlılığına görə onun himayəsinə verilir. Məhkəmə təcrübəsindən görürük ki, beş yaşına qədər uşaqlar da əksərən ananın yanında qalır. Ailə Məcəlləsinin 52-ci maddəsinə görə, 10 yaşına çatmış uşağın kimin yanında qalmaq istəməsi ilə bağlı fikri soruşulur və qərar verilərkən həmin uşağın fikri nəzərə alınır. Uşaqların kimin yanında qalması haqda ər və arvad arasında mübahisə yaranırsa, məhkəmə Qəyyumluq və Himayəçilik orqanına rəy verilməsi üçün müraciət edir. Bu zaman yeddi yaşına çatmış uşağın da fikrini öyrənib nəzərə ala bilərlər.
Bir yox, bir neçə uşaq olarsa, burada uşaqların bir-biri ilə bağlılığına daha çox önəm verilir. Veriləcək qərarın uşaqların gələcək həyatlarına necə təsir edəcəyi əsas götürülür. Bundan əlavə, məhkəmə uşaqların kimin yanında qalmasına qərar verərkən onların fikirləri ilə yanaşı valideynlərin həyat səviyyəsi və məişət şəraitinə nəzər salır. Uşağın hansı valideynin yanında daha rahat həyat yaşaya biləcəyi, valideynlərin uşaqlara davranışları qərara təsir edir. Valideynlərdən biri xroniki alkoloq və ya narkomaniya xəstəsi olarsa, uşaqlara qarşı zorakı hərəkətlər edərsə, valideynlik hüquqlarından sui-istifadə edərsə, uşağına düzgün tərbiyə verə bilməzsə, psixoloji durumu yerində olmazsa – yəni bu hallardan hər hansı biri qeydə alınarsa – uşaq digər valideynin himayəsinə verilir”.

V.İsrafilov qeyd edib ki, Qəyyumluq və Himayəçilik orqanının uşağın hansı valideynin yanında qalması ilə bağlı rəyini məhkəmə nəzərə almaya da bilər: "Onun əleyhinə də qərar çıxara bilər. Məhkəmə üçün rəydə göstərilən istiqamətdə qərar çıxarmaq məcburi deyil. Hakim işin digər hallarını da nəzərə alıb fərqli qərar verə bilər. Hakim rəylə razılaşmazsa, məhkəmə psixoloji ekspertizası təyin edilə bilər. Bu zaman ekspert uşağın hansı valideyn yanında qalarsa, psixologiyasına mənfi təsir etməyəcəyi barədə rəy verə bilər. Məhkəmələrdə yekun qərar uşağın mənafeyinin qorunmasına hesablanır. Yəni, burada valideyn yox, uşağın rahatlığı əsas götürülür”.
Qlobal.Az