“Metro Zaur”un sevimli şirkəti: “ERG Baku”nu metropolitenlə nə birləşdirir?
Fevral 04
02:01
2021
"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin kabel və şin bağlantılarının satın alınmasına dair bu gün keçirdiyi tenderin qalibi "ERG Baku” MMC olub.
Qaynarinfo xəbər verir ki, satınalmanın məbləği 103 min 858 manat 76 qəpik məbləğində qiymətləndirilib.
Şirkət yarandığı gündən indiyə kimi yalnız "Bakı Metropoliteni”nin keçirdiyi satınalmalarda qalib olub. 2019-cu ilin aprel ayının 29-dan indiyə kimi QSC ilə "ERG Baku” arasında 8 satınalma müqaviləsi bağlanıb.
Qlobal.Az