Metronun "28 May" stansiyasının qarşısı belə olacaq
İyun 14
16:37
2024
Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində aparılan geniş miqyaslı abadlıq quruculuq işləri çərçivəsində ümumi sahəsi 3,5 ha olan ərazidə metronun "28 May” stansiyasının və Dəmir yol vağzalının qarşısındakı meydanda əsaslı təmir-yenidənqurma işlərinə başlanılıb.
Bu barədə Qaynarinfo-ya Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib.
Bildirilib ki, xarici mütəxəssislərin iştirakı ilə xüsusi olaraq hazırlanmış və müasir tələblərə tam cavab verən layihə sənədlərinə əsasən burada piyadaların hərəkəti üçün təhlükəsiz zona yaradılacaq və yalnız ictimai nəqliyyatın girişinə icazə veriləcək. Meydanla yanaşı ətraf ərazi də abadlaşdırılacaqdır.