SON XƏBƏR

Metronun “Xətai” stansiyası damır – FOTO

İyun 20
17:55 2016
Bakı Metropoliteninin "Şah İsmayıl Xətai” stansiyası damır.
 
Qlobal.az Publika.az-a istinadən xəbər verir ki, stansiyanın perronundakı arakəsmələrdən birinin tavanı artıq neçə gündür nəmlənir.
 
Qeyd edək ki, rütubətdən tavanın rəngi də dəyişib və divara vurulmuş boya tədricən yerə tökülür. Bakı Metropoliteninin mətbuat katibi Nəsimi Paşayev bunun hər hansı texniki nasazlıqla deyil, rütubətlə bağlı olduğunu qeyd etdi: "Xətai” metrostansiyasında təmir işləri gedir. Təmir işləri aparıldıqca bu da aradan qaldırılacaq. Bunlar rütubətdən, nəmişlikdən yaranan şeylərdir. Belə hallar olduqda, işçilərimiz tərəfindən aradan qaldırılır”.
 
O, qeyd etdi ki, "Xətai” metronun ən dərin özüllü stansiyasıdır. Ən uzun eskalator da məhz bu stansiyadadır.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook