SON XƏBƏR

“Metropoliten” maliyyə hesabatını niyə açıqlamır? – Vergi borcu 17 milyonu keçdi

Noyabr 01
19:36 2023
"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN- 1402871431) dövlət büdcəsinə böyük həcmdə vergi borcu var.
Yeniavaz.com açqılanan rəsmi məlumatlara istinadən bildirir ki, hazırda (01.10.2023-cü il tarixinə) "Bakı Metropoliteni” QSC-nin dövlət büdcəsinə 17 milyon 256 min 705 manat 75 qəpik vergi borcu var.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 2 milyard 580 milyon 638 min 397 manat 20 qəpik olan QSC-nin vergi borcu son 1 il ərzində təxminən 4 milyon manat artıb. Belə ki, ötən ilin iyul ayında "Bakı Metropoliteni” QSC-nin dövlət büdcəsinə 13,1 milyon manat vergi borcu olub.

Onu da qeyd edək ki, "Bakı Metropoliteni” son 2 ildir maliyyə hesabatını açıqlamır. Bu ilin aprel ayında mətbuata verdiyi açıqlamada "Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib ki, hesabatın yubanmasının səbəbi audit yoxlaması ilə bağlıdır. QSC rəsmisinin bu açıqlamasından 7 ay ötsə də, maliyyə hesabatı hələ də açıqlanmayıb.

Xatırladaq ki, "Bakı Metropoliteni” sonuncu dəfə maliyyə hesabatını 2020-ci ildə açıqlayıb. Həmin hesabata görə, "Bakı Metropoliteni”nin 2020-ci ildəki xalis zərəri 83 milyon 542 min 500 manat 6 qəpik olub. 2019-cu ilin hesabatında isə "Bakı Metropoliteni”nin 55 milyon manat zərər etdiyi açıqlanıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook