SON XƏBƏR

"MİDA" rəhbərinin oğlu məhkəməyə müraciət etdi

Avqust 09
14:02 2023
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyində fəaliyyət göstərən "MİDA” MMC-nin direktoru Fərhad Təhməzovun oğlu İsrafil Təhməzli "Proservices-Baku” MMC-ni məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, İsrafil Təhməzli iddia tələbində maddi ziyanın ödəniməsini istəyir. 

İş hazırda apellyasiya mərhələsindədir. Şikayəti İsrafil Təhməzli verib. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində İkram Şirinovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq. 

Fərhad Təhməzov Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin qardaşıdır. Onun daha bir qardaşı Atəş Təhməzov "6-cı mərtəbə” şirkətinin direktorudur. 

"6-cı mərtəbə” "Şərq Bazarı” kompleksinin bərpa və yenidənqurma işlərində podratçı şirkət olub. Bir müddət əvvəl bu layihədə subpodratçı şirkətlər olan "MV Group” MMC, "MECC” MMC və "İdea Yapı” MMC-nin nümayəndələri mətbuat konfrası keçirərək "6-cı mərtəbə”ni onlara olan borcu ödəməməkdə irriham etmişdi. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook