SON XƏBƏR

MİDA sədri atasının barelyefi, müavini 10-GY-555 nörməsi ilə gündəmdə – VİDEO

Aprel 01
00:12 2022
5 saniyəyə 500-ə yaxın mənzil satan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) sosial şəbəkələrin və medianın diqqət mərkəzinə düşüb. Agentliyin fəaliyyəti müzakirə edilir, sosial mənzillərin satışının şəffaf aparılmadığı bildirilir.

Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirən qurum olan MİDA 11 aprel 2016-cı il tarixdə yaradılıb.

Qaynarinfo-nun məlumatına görə, Agentliyin İdarə Heyətinin sədri Sadiq İzzət oğlu Sadıqov 19 sentyabr 2018-cı ildə bu vəzifəyə təyin edilib.

Sadiq Sadıqov 1963-ci ilin 13 mayında Sumqayıt şəhərində anadan olub. Cərrah-həkim, Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının keçmiş baş həkimi, mərhum İzzət Sadıqovun oğludur. Sadiq Sadıqovun qardaşı Rauf Sadıqov hazırda Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimidir. Bir sözlə atasının yolunu davam etdirir.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun əmri ilə Azərbaycan və Sumqayıt şəhər səhiyyəsinin inkişafında əvəzsiz xidmətlərinə görə İzzət Sadıqovun yaşadığı binaya onun barelyefi vurulub və Sumqayıt küçələrindən birinə onun adı verilməsini təklif edib.

Barelyefin üzərində isə belə yazılıb: "Azərbaycan Milli Elmlər Akademiyasının "Fəxri professoru”, Tibb elmlər namizədi İzzət Camal oğlu Sadığov bu binada yaşamışdır”.
 


Halbuki, Azərbaycanda doğulan, çalışan şəxslərə AMEA-nın "Fəxri professoru” adı verilmir. Yalnız AMEA-nın fəxri üzvü seçilmək olar ki, bu da istisna hallarda…

AMEA prezidentinin səlahiyyətlərinin icraçısı, qurumun birinci vitse-prezidenti, akademik Arif Həşimov Qaynarinfo-ya açqlamasında bildirib ki, fəxri professor titulu qeyri-qanunidir və bu heç kəsə verilmir:

"Bir vaxtlar "fəxri doktor”, "fəxri professor” titulu verilirdisə, bu sonradan yığışdırıldı. Çünki qeyri-qanunidir. Amma mən AMEA-da olandan belə hallarla rastlaşmamışam. Xarici vətəndaşlara bir vaxtlar "fəxri doktor”, "fəxri professor” titulu verilirdi. Bildiyim qədər hazırda bu da yoxdur”.
 


Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İdarə Heyəti sədrinin müavini Çingiz Qədimov da dünən KİV-lərdə yol hərəkəti qaydasını pozması ilə də gündəmə gəlmişdi.

Xəbərdə bildirilib ki, 10-GY-555 qeydiyyat nişanlı "BMW” markalı avtomobilin sürücüsü Ziya Bünyadov prospektində yolun əksi istiqamətində hərəkət etdiyi üçün məsuliyyətə cəlb edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 4 bal, 100 manat məbləğində protokol tərtib olunub.
 

 
 

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook