Mikayıl Cabbarovun federasiyasında qalmaqal:“82 yaşlı vitse-prezident gənc qızlara çılpaq foto göndərirdi”
Oktyabr 16
09:23
2017
Azərbaycan Qılıncoynatma Federasiyasında təhsil naziri Mikayıl Cabbarovu yeni prezidenti seçməyə imkan tapmamış növbəti qalmaqal yaşandı. Federasiyanın keçmiş prezidenti Nazim İbrahimovun vaxtında birinci katib postunu tutmuş Asəf Məlikov 82 yaşlı vitse-prezident Yaşar Məmmədovu pedofiliyada ittiham etdi. Həm də bunu şifahi formada yox, Beynəlxalq Federasiyanın və Avropa Qılıncoynatma Konfederasiyasının rəhbərliyinin adına göndərdiyi məktublarda yazılı şəkildə etdi. A. Məlikov öz yazdıqiarını daxili işlər orqanların da göndərib.
Virtualaaz.org həmin məktubun mətni ilə tanış ola bilib. Ondan bəzi hissələri diqqətinizə çatdırırıq: "Yaşar Məmmədovun əxlaqsız hərəkətlərinin həddi-hüdudu yoxdur! Hər yerdə olduğu kimi, Şərqdə də şərəf, ədəb ənənələri böyük dəyərə malikdir. Yaşar Məmmədov əxlaqın heç bir postulatına məhəl qoymayıb. O öz çılpaq şəkillərini qızlara göndərirdi, hansılar ki, onun nəvələri yaşındadır. Və hansılar ki, onun intim təkliflərinə razılaşırdılar, yarışlardakı nəticələrə baxmayaraq, bir nömrə altında Azərbaycan yığmasının üzvü olur və onunla gedirdilər. Məsələn, ölkə çempionu yığmanın tərkibinə düşmədi. Amma onun yerinə öz çılpaq fotosunu göndərdiyi qız düşdü. Buna görə Yaşar Məmmədova loyal olmayan idmançı qızlar və oğlanlar heç yerə getmirlər. Buna görə yeddi ildən çox müddət ərzində onlar heç bir toplanışda olmayıblar. Biz onun hərəkətləri barədə bildikdən sonra şadıq ki, onlar belə insanla getməyiblər. Biz bu insanın Federasiyanın rəhbərliyində olmasını istəmir və bunula barışmırıq.
Asəf Məlikov
Biz, əlbəttə, Əlişir Burhanoviçə (Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidentini nəzərdə tutur-red.) müraciət etmişik, respublika rəhbərliyinə, xanım birinci vitse-prezidentə və ölkə Prezidentinə də bu faktlarla müraciət edəcəyik. Heç bir sağlam düşüncəli valideyn razılaşmaz ki, onun qızının və ya oğlunun yanında pedofil olsun!
Çox hörmətli cənablar! Biz istəmirik ki, bizim uşaqlarımız rəhbərliyində belə insanların olduğu Federasiyanın bayrağı altında qılınc oynatsınlar”.
A.Məlikov Yaşar Məmmədovu həmçinin yarım milyon dollardan çox vəsaiti oğurlamaqda ittiham edir və yazır ki, Azərbaycan Qılıncoynatma Federasiyasının rəhbərliyinin dəyişdirilməsi ölkə rəhbərliyi ilə Beynəlxalq Federasiyanın prezidenti Əlişir Usmanovun razılaşmasından sonra oldu.
Məktubun sonunda insanların soyadları göstərilib, hansı ki, guya onu imzalayıblar. Ancaq sonra aydınlaşıb ki, orada adı göstərilən insanlardan heç biri bu qalmaqallı müraciətin altından imza atmayıb. Əlbəttə, belə, xüsusən də əsassız ittihamlar cavabsız qala bilməzdi. Federasiyanın əməkdaşları, qadın və kişi idmançıları Əlişir Usmanovun adına cavab məktubu yazıblar. Təbii ki, bu məktubda A.Məlikovun yazdığı bütün o iyrənc ittihamlar təkzib edilir.Mikayıl Cabbarovun federasiyasında qalmaqal: ” "82 yaşlı vitse-prezident gənc qızlara çılpaq foto göndərirdi”
Yaşar Məmmədov
"Asəf Məlikovun beynəlxalq təşkilatlara belə məktublar göndərdiyini mən öz oğlumdan-Rusiya Qılıncoynatma Federasiyasının vitse-prezidenti İlqar Məmmədovdan eşitdim. Məlikov faktiki olaraq yazıb ki, beynəlxalq yarışlara yalnız mənim yatağımdan keçməklə getmək olar. Mən Asəf Məlikovu məhkəməyə verdim. Azərbaycan yığmasının qılıncoynadanları da məhkəmə orqanlarına müraciət etdilər. Onların öz vəkilləri var.
Təsəvvür edin, Sevinc və Sevil Bunyatova bacılarının hərəsinin 28 yaşı var. Onlar uşaqlıqdan qılıncoynatma ilə məşğul olurlar. Biz bir çox yarışlarda olmuşuq. Belə ittihamları necə fikirləşmək olar? Məlikov bütün bunları tam dərrakə ilə edir. O hətta etiraf edib: "Qoy Yaşar Məmmədov məni məhkəməyə versin. Məni 300-500 manat cərimələyəcəklər, amma əvəzində mən Yaşarı bütün dünyada biabır edəcəyəm””, – deyə Yaşar Məmmədov virtualaz.org-a açıqlamasında bildirib. Yaşar Məmmədov həmçinin qeyd edib ki, Azərbaycan Qılıncoynatma Federasiyasının yeni prezidenti Mikayıl Cabbarovla, çox məşğul olduğundan, hələ görüşə bilməyib.
Görüş yaxın günlərdə olmalıdır.
Qlobal.az