Mikayıl Cabbarovun haqqında paylaşım etdiyi şirkət kreditlərini ödəyə bilmir?
Mart 04
08:33
2023
Səhmlərinin 75%-i dövlətə məxsus olan "Azər-Türk-Bank” ASC "Azər Corab” MMC və 5 fiziki şəxsə qarşı məhkəmə iddiası qaldırıb.
Məhkəmə iddiasının kredit müqaviləsi üzrə mübahisələrlə bağlı qaldırıldığı bildirilir.
"Azər-Türk-Bank” ASC-nin barəsində iddia qaldırdığı şəxslərdən biri – Nurbaxış Süleymanzadə "Azər Corab” MMC-nin qanuni təmsilçisidir. Digər şəxslər isə Nurəhməd Süleymanzadə (qardaşı), Xamis Süleymanov (atası), Ofelya Kamilzadə və Elnur Atayevdir.
Məlumat üçün bildirək ki, "Azər Corab” 01.04.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin nizamnamə kapitalı 402 min 384 manat təşkil edir. Hüquqi ünvanı Xətai rayonu, Aşıq Ələsgər, ev 2, m. 54-də yerləşən MMC-nin adı ötən ilin noyabr ayında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondundan aldığı 500 min manat güzəştli kredit ilə gündəmə gəlmişdi.
Hətta ötən ilin 18 noyabr tarixində İqtisadiyyat naziri Mikayı Cabbarov sosial şəbəkə hesabında bununla bağlı paylaşım da etmişdi.
Onu da bildirək ki, Sahibkarlığın İnkişafı Fondundan yarım milyon manat güzəştli kredit alan MMC barəsində açıq internet resurslarda heç bir əlavə məlumat mövcud deyil. MMC-nin nə rəsmi saytı, nə də sosial şəbəkə hesabı olmadığı üçün əlaqə yaradıb məsələyə münasibətlərini öyrənə bilmədik.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Apellyasiya Məhkəməsinin hakimi Aida Hüseynin icraatına verilib.