Mikrorayondakı Zeytunluq bağında inşa edilən villalar kimə məxsusdur? — FOTOLAR
Dekabr 16
00:33
2017
Bakının Binəqədi rayonu ərazisində yerləşən 6-cı mikrorayondakı "Zeytunluq” adlanan bağ massivində yaşıllıqlar yenidən məhv edilmək ərəfəsindədir. Hazırda sözügedən ərazidəki zeytun ağacları naməlum şəxslər tərəfindən məhv edilərək, yerində villalar inşa edilir.
"Ölkə.Az”-ın əməkdaşı sözügedən tikinti işlərinin fotolarını çəkməyə nail olub. Fotolardan da göründüyü kimi, zeytunluq bağının ətrafında dəbdəbəli villalar tikilib və hazırda da davam etdirilir.
Ərazidə olduğumuz vaxt yerli sakinlərlə də söhbət apardıq. Onlar bildirdilər ki, sözügedən evlər "böyük adamlar” tərəfindən inşa etdirilir. "Bir neçə il əvvəl bu evlərin yerləri yaşıllıq idi. Ancaq gördüyünüz kimi, hamısını qırıb, yerində evlər tikiblər.
Yüzlərlə zeytun ağacı məhv edilib, qırılan ağacların yerində villalar, restoranlar və digər tikililər ucaldılıb. Şübhəsiz ki, bütün bu işlər Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun xəbəri olmadan görülə bilməzdi.
İcra başçısının öz evi də bu ərazidə yerləşir”, - deyə sakinlər bildirir. Zeytunluğun qırılmasına yaxınlıqda məskunlaşan məcburi köçkünlər də narazılıq edirlər. Deyirlər ki, yaşıllığın yerində məmurların villaları ucaldıqca onların qazı, suyu və işığı da kəsilir. Onların sözlərinə görə, ərazidə məskunlaşan 846 məcburi köçkün ailəsinin qazı, işığı olmadığı halda, zeytunluqda tikilən villaların hamısı bu xidmətlərlə tam şəkildə təmin olunub.

Həm sakinlər, həm də məcburi köçkünlər yaranan problemlərə görə icra başçısı Xaləddin İsgəndərovu günahkar hesab edirlər. "Zeytunluq” adlanan ərazidən çəkdiyimiz fotoları da oxuculara təqdim edirik.
Qlobal.Az