SON XƏBƏR

Millət vəkili: Dövlət qurumlarında tenderlər rəqabətsiz keçirilir (VİDEO)

Aprel 15
12:08 2021
Dövlət qurumlarında aparılan araşdırmalarda vəsaitlərin təyinatı üzrə işlədilməməsi və ya xərclərin şişirdilməsi hallarına rast gəlinir.

Bunu ARB24-ün "İş Vaxtı” verilişinə açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. O bildirib ki, vəsaitlərin qeyri-səmərəli işlənməsinin qarşısını almaq üçün yeni qanun layihəsi işlənilməlidir:

"Əksər hallarda dövlət qurumlarının keçirdiyi tenderlərin rəqabətsiz olması müşahidə olunur. Hesablamalar Palatasının 2019-cu ildəki rəyinə əsasən tenderlərin cəmi 25 faizi rəqabətli olub. Bu, o deməkdir ki, keçirilən tenderlərin hər 4-dən 3-ü rəqabətsiz tenderlərdir. Müşahidələr göstərir ki, bəzi dövlət qurumlarında tenderlərin qalibi eyni şirkətlər olur. Bu səbəbdən dövlət vəsaitinin səmərəli istifadəsi üçün dövlət satınalamalarında və tenderlərin keçirilməsində rəqabətin gücləndirilməsinə ehtiyac var. Satınalmalarla bağlı qanunun yenidən işlənilməli və rəqabətli tenderlər həyata keçirilməlidir. Eyni zamanda elektron tender və dövlət satınalmalarının icbari xarakter alması vacibdir. Çünki bir mənbədən satınalma və rəqabətsiz tenderlər bir sıra dövlət qurumlarında vəsaitinin səmərəli xərclənməməsinə gətirib çıxarır”. 

 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook