Milli kimlik anlayışı
May 03
14:39
2016
Cabir Alpoğlu Albantürk
şair-publisist
Allahın adıyla. Azəriyikmi, azəri türküyükmü, Azərbaycan türkü, yoxsa "azərbaycanlı”?! Quba- Qusar bölgəsində ləzgilər bizə- türk kökənli topluma "moğol”, tatlar "türk” demiş, özümüz isə millətlə ümmətin fərqinə varmadan "müsəlman” demişik. Uzaq- yaxın keçmişdə, mənbələrdə alban, oğuz, tatar və b. adlar da işlənmişdir. Azərbaycanlı dedikdə türk kökənli bir millət, xalq başa düşülsə də, bura ölkə ərazisində yaşayan, bizimlə dini bir, ad-soyad, adət- ənənə, musiqi- geyim oxşarlığı olmaqla yanaşı, ana dili fərqli olan yerli azsaylı xalqlar, etnik qruplar da daxildir: tat, talış, kürd, lahıc və b. fars- irandilli qruplar; ləzgi, avar, ingloy, saxur və b. iber- qafqazdilli qruplar. Allahın məsləhət bilib yaratdığı hər bir xalq, dil milli və bəşəri sərvətdir. Azərbaycanda yaşayan azsaylı xalqların əksəryətinin köklü azərbaycanlı olması da bəllidir. Habelə, deyək ki, Azərbaycanın kənarda qalan Dərbənd, Borçalı, Göyçə, Zəngəzur və s. kimi hissələrinin yerli türk kökənli əhalisi də "azərbaycanlı” adlanır. Hansı ölkədən, haralı olmağı bildirən bu söz tarixi Azərbaycan torpaqlarını əhatə etmək baxımından məğbul sayıla bilər. Amma, müsəqillik dövründə özlərinin türk olmadığını pərdələmək üçün sovet (Stalin) siyasəti yürütməyə, üstəlik, xəcalət çəkilməli gündə "azərbaycanlı” olmağı ilə fəxr etdiyini söyləməyə əsas ola bilməz. Acınacaqlı orasıdır ki, türk kökənli azərbaycanlı ilə fars kökənli azərbaycanlı bir millət kimi, Mesxet (Axıska) türkü, cənublu qardaşımız ayrı millət kimi (iranlı) yazılır. Hələ ki, Türkiyə tarixçilərinin, türkoloqlarının əksəriyyətlə, türksevməzlərin sırıdığı Altay nəzəriyyəsini dəstəkləməsini, Azərbaycan türklərinə "azəri” deməkdə davam etməsini demirəm. Hansı ölkədə, ərazidə yaşamağla milli kimlik anlayışı ayrıdırsa niyə yuxarıda adlarını sadaladığım xalqların bir qismi milliyətini "azərbaycanlı” yazdırmağa məcbur olsunlar, hansı ki, əslində "azərbaycanlı” adlı millət, "azərbaycan dili” adında dil yoxdur. Necə ki, Gürcüstanda, habelə ölkədən kənarda yaşayan gürcü və ya abxaz "gürcüstanlı” deyil, millət olaraq, gürcüdür (eyni dilli müxtəlif xalqlardan ibarər olsa belə), abxazdır. Bizdə isə tatlar- dağlılar kimi azsaylı xalq "azərbaycanlı” yazılır, qonşu Dağıstanda isə azsaylı xalqların, etnik qrupların da öz adları, dilləri qeyd olunur. Azərbaycanlı adıyla yaradılan bu yalançı birlik, çoxluq nəyimizə lazımdır axı?! Əlbətdə hamımız bir Allahın bəndəsi, bir vətənin vətəndaşı, bir ümmətin üzvü, bir torpaqın övladıyıq. Amma hər kəs özü olmayınca; Milli kimliyini, dilini, tarixini tanımayınca, bilməyincə heç bir birlikdən, bütövlükdən danışmağa dəyməz. Düşündürücü, təəssüfləndirici haldır ki, "Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyi olmalıdır” (Heydər Əliyev) söyləyənlər də bu millətin rəsmi kimliyini dəyişənlərin sırasına qoşuldular.

Milli kimlik, vətəndaşlıq sənədi olan şəxsiyyət vəsiqəsində yazılmasa da doğum haqda şəhadətnamədə mütləq qeyd olunmalıdır. Habelə, yeni doğulan uşaqların soyadlarını yaş kağızlarına milli soyad sonluqları ilə yazdırmaq asanlaşdırılmalıdır. Milliyətini "azərbaycanlı” yazdıran (istər siyahıya alınmada, ya ayrı sənədlərdə), ümumiyyətlə olmayan bir mənsubiyyəti qəbul edən hər hansı xalqın, milli qrupun təmsilçisinin ya milli mənlik şüuru inkişafdan qalıb, ya taleyi ilə barışıb, ya da niyyəti yaxşılığa deyil. Çünki dinindən dönənlə milliyətini danan "mürtəddir” deyiblər. Bu millətdən olmayıb millət adından danışanların, ona qarşı təhqiramiz ifadələr işlədənlərin, öz eybəcər xislətləri ilə millət haqda mənfi rəy yaradanların (belələri millətin öz içərisində də az deyil), əsrlər boyu parçalanaraq, işğal edilərək, didərgin düşərək hələ də ayılmayan, millət ola bilməyən və bu qabalaşan dünyada maddiyyata meyillənən millətimizin ənənəvi təpərsizliyi üzündən, arxadan dəyən zərbələrin kimdənliyi bilinməyən Vətənimiz qürbət tək...
Hamını bir papaq altına yığıb "azərbaycanlı” adlandırınca, ötən əsrin əvvəllərində işlədildiyi kimi Azərbaycan xalqları adlandırmaq daha doğru olardı... Millətimizin, dilimizin "türkazər” adını bərpa etmək isə yenə sabahlarımızın sahiblərinin ümidinə qalacaqdır deyəsən... Türk- müsəlman qanının təmizliyini qorumadıqca, milli- islami düşüncənin daşıyıcısı olmadığca, millət- ümmət doğmalığını yaşamadığca, türk döyüşkənliyini, islam cihadını yadırğadıqca tariximiz də saxtalaşdırılacaq, sərvətlərimiz də talanacaq, mənliyimiz də tapdalanacaq və nəticədə torpaqlarımız işğalda, insanlarımız aşağılanmış halda qalacaqdır. Ziyalılar, düşünənlər, cəsurlar, doğruçular tükəndikcə, susduğca milli dövlətlər devrilər, istedadları, xarakterləri, şəxsiyyətləri, sərkərdələri məhv edən uzunmüddətli dövlətsizlik, müstəmləkəlik dövrünün mirası olan yaltaqların, qorxaqların, riyakarların, saxtakarların hesabına yaşayan bəlli dövlətlər qurular...
Kimliyimiz, əxlaqımız, axirətimiz düşüncəmizin, əqidəmizin, əməlimizin sonucu. Milli mücadiləmiz, ideologiyamız, təşkilatlarımız milli varlığımızın, həmrəyliyimizin, iqtisadiyyatımızın təcəssümü olmaq baxımından ümidli özünüaldatma mərhələsində... Milli, islami, bəşəri, vətəndaş ruhiyyəmizi, enerjimizi, mənəviyyatımızı, müqavimətimizi yüksəltməyi, nizamlamağı, yönəltməyi, qorumağı bacarmasaq nə neftimiz, nə mədəniyyətimiz, nə siyasətimiz, nə ordumuz bizi bu xəcillikdən, erməni bəlasından xilas edə bilməyəcək... Nicat yolumuz soydaş, dindaş, vətəndaş həmrəliyimizə nail olmaq, son məqsədimiz millət, vətən, dövlət bütövlüyümüzü bərpa etmək, milli varlığımız olan türklüyümüzü, müsəlmanlığımızı, azadlığımızı qorumaqdır. Bu qarışıq zamanda Tanrı türkü tamahından, özünə asi olmaq mərəzindən qorusun, Tanrı türkü başsız və başçısız qoymasın, qeyrətsiz yaratmasın, ədalətdən ayırmasın, imansız aparmasın. Dualarımız yarımçıq- millətin özünü qoruma, özünə dönmə, şərə, pisliyə qarşı dayanma, xeyir, yaxşılıq uğrunda mübarizə əzmi ilə tamamlanmadığca qəbula keçməz- mənəvi tövrümüzü dəyişmədikcə, insani dəyərimizi anlamadıqca, milli taleyimizi düşünmədikcə... Təhsil, təbliğ, mühit sarıdan bəxti gətirməyən gələcəyimizin necəliyi milli kimliyinə, ağsaqqala- ağbirçəyə, dinə- dilə, valideyinə- övlada, qohuma- qonşuya, torpağa- təbiətə sayğı, sevgi qaynağı olan türk- müsəlman ailəsi ənənələrinin, təməllərinin möhkəmliyindən, sağlamlığından asılıdır. Buna görə də, Orhun- Yenisey yazılarındaki özünəqayıdış çağırışlarına, "Oğuznamə”lərdəki ruhani təlqinlərə, Dədəm Qorqud Kitabındaki ibrətamiz məqamlara, Alpərənlər başı, Hünkar Hacı Bektaş Vəlinin "əlinə, dilinə, belinə və Elinə sahib ol” tapşırığına əməl etməyimiz qaçılmazdır! Bu əmr siqlətli tövsiyələrin ictimai- siyasi məzmununu açsaq 1.əlinə; halıllığına- zəhmətinə, 2.dilinə; doğruluğuna- kökəninə, 3.belinə; əxlaqına- kimliyinə, 4.Elinə; millətinə- dövlətinə sahib olmaq- yiyə durmaq anlamını verdiyini görərik. Dünayanın "ikinci müəllimi”, Türk-islam fəsəfəsinin banisi, "ikinci təlim” nəzəriyyəsinin yaradıcısı, yetgin toplum və ideal cəmiyyət modelini təqdim etmiş əl-Fərabi ət-Türkidən (870/950), Xoca Əhməd Yasəvinin "Divani Hikmət”indən, Yusuf Balasaqunlunun "Kudadgü bilig”indən, Mahmud Kaşğarinin "Lüğat-it-Türk”ündən başlayan silsilənin son simalarından- ötən əsrin birinci yarısında dövlət qurmuş, Türk-İslam dünyasının maarifçi, ideoloq və mənəvi liderlərindən olmuş Əhməd bəy Ağaoğlu, Məmmədəmin Rəsulzadə, Mustafa Kamal Atatürk, Ziya Göyalp və Əli bəy Hüseynzadənin sözləri ilə desək: "Türk hissiyyatlı, islam əqidəli, çağdaş düşüncəli yurddaş olmalı”... Çağdaş Azərbaycanda Türk- İslam Ülgüsü, Milli Görüş məfkurəsi, türk- müslüman kimliyinin birlikdəliyi gərəyincə intişar tapmadığından butun bu sahələri qapsayan mərkəzçi bir Milli- Mənəvi hərəkata ehtiyac duyulur... Sözümü tədqiqatçı Yasəmən Qaraqoyunlunun tezis xarakterli fikirlərilə tamamlayıram- "Azərbaycan türklərinin aydın, vahid, birmənalı tarix konsepsiyası yoxdur və bu ziddiyətli konsepsiyalar milli kimlik böhranı yaratmaqdadır. Kimlik böhranı bütöv Azərbaycan mübarizəmizdə, Dövlət quruculuğumuzda və Qarabağın Azərbaycana qaytarılmasında bizə maneə olan ən ciddi faktordur və dövlətimiz təcili olaraq bu barədə tədbirlər görməlidir”. (TURKUSTAN.info)
Qlobal.az