Milli Məclis Prezident İlham Əliyev və Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb
Mart 15
17:07
2024
Milli Məclis Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik edib.
Milli Məclisin sədri Sahibə Qafarova toplantının sonunda deputatların diqqətinə çatdırıb ki, parlamentin növbəti plenar iclası martın 29-da keçiriləcək.
"Report” xəbər verir ki, parlamentin martın 15-də keçirilən plenar iclasında spiker Sahibə Qafarova bayramla əlaqədar Prezident və birinci xanıma təbrik məktubu ünvanlanmağı təklif edib.
Deputatlar təklifi alqışlarla dəstəkləyiblər.