Milli Məclis Prezident və Birinci xanıma təbrik məktubu ünvanlayıb
Oktyabr 18
12:01
2024
Milli Məclis 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Deputatlar sədrin təklifini alqışlarla qarşılayıb.
"Report” xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxış edib.
O bildirib ki, bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür:
"Təklif edirəm ki, bu münasibətlə dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilsin”.