Milli Məclis Prezident və Birinci xanımı təbrik edib
Oktyabr 17
11:48
2023
Milli Məclis Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanı 18 oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
APA xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib ki, sabah biz Müstəqilliyin Bərpası Gününü qeyd edəcəyik.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan xilas edilməsi Azərbaycanın qarşısında yeni inkişaf istiqamətləri açıb. Oktyabrın 15-də Prezident İlham Əliyev tərəfindən Xankəndidə, Ağdərədə, Xocalıda Azərbaycan bayrağını ucaldılması xalqımızın qürurlu günlərindən biri idi. Düşmən üzərində qazanılan qələbə ulu öndərin 100 illik yubileyinə ən böyük töhfə oldu. Dövlət başçısı Xankəndidə çıxışında da öz mesajlarını verdi. Mən təklif edirəm ki, Müstəqilliyin Bərpası Günü münasibətilə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təbrik məktubları ünvanlayaq”.
Sədr, həmçinin, xatırladıb ki, bu gün Gəncənin raket atəşinə tutulmasının ildönümüdür: "Şəhid olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyirik”.
Sədr bildirib ki, bu, çox tarixi gündür: "Ötən əsrin 90-cı illərinin əvvəlləri ölkəmizin ağır günlərdən keçdiyi dövrdür. Ovaxtkı iqtidar ölkədə gərginliyi artırırdı. Bu illərdə Qarabağı itirdik. Taleyin hökmü ilə bu dəfə Heydər Əliyev fenomeni dövlət müstəqilliyimizin itirilməsinə yol vermədi. O, Azərbaycanın siyasi varlığını qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin xalq və Vətən naminə fədakarlığının nişanəsi bugünkü güclü Azərbaycandır. Onun bu binada gördüyü tədbirlər, atdığı addımlar parlamentarizm tariximizin şanlı səhifələrini təşkil edir. Dövlət idarəçiliyi sistemi təkmilləşdirilib, Birinci vitse-prezident institutu təşkil edilib.
Təklif qəbul edilib.