SON XƏBƏR

Milli Məclisin komitə sədri: "SOCAR-da optimallaşdırma ilə bağlı təhlillər aparılır"

İyul 09
14:21 2020
Koronavirus pandemiyası insanların sağlamlığına təhlükə yaratmaqla yanaşı, tarixin ən böyük iqtisadi böhranını yaşatmaqdadır.

Trend-in məlumatına görə, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, bu böhran turizm, geyim, avtomobil sənayesi, xidmət sahəsi, enerji sektoru və digər bir çox sahəyə təsir edib. Nəticədə aviasiya şirkətlərindən geyim istehsalçılarına, enerji şirkətlərinə qədər demək olar ki, bütün sektorlar çətinliklə üzləşib. Artıq bir çox şirkət müflis olduğunu, bir çoxu isə gəlirlərinin azalması səbəbindən işçilərini ixtisar edəcəyini açıqlayıb. Məsələn, Böyük Britaniyanın nəhəng neft şirkəti BP 10 min işçisini, bu ölkənin lüks moda brendi olan "Mulberry” işçilərinin 25%-ni ixtisar edəcəyini açıqlayıb. Bundan başqa, "British Airways” şirkəti 12 min nəfərədək, Britaniyanın "EasyJet” aviaşirkəti 4 500 nəfər, Fransanın avtomobil istehsalçısı "Renault” 15 min nəfərədək, "Airbus” 15 min nəfər, "Air France” aviaşirkəti 7 500 nəfər, Almaniyanın milli aviadaşıyıcısı "Lufthansa” 22 min nəfər, İrlandiyanın "Ryanair” şirəti 3 min nəfər işçisini ixtisar edəcəyini elan edib.

Bəs Azərbaycanda xüsusilə də ən böyük işəgötürən şirkəti SOCAR-da işçilərin optimallaşdırılması addımı atılmalıdırmı?

Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, SOCAR-da da müvafiq təhlillər aparılır: "Ümumi olaraq optimallaşdırma siyasəti hər bir uğurlu fəaliyyətin mühüm şərtidir. Amma optimallaşdırma dedikdə yalnız işçilərin ixtisarı və xərclərin qənaəti başa düşülməməlidir”.

T.Mirkişili bildirib ki, hər şey qarşıya qoyulan məqsəddən və hədəflərdən asılıdır: "İndiki mürəkkəb dövrdə davamlı təhlillər aparmaq lazımdır. Yeni hədəflər və yeni üsullar tətbiq olunmalıdır. Çünki bazar sürətlə dəyişir, yeni şəraitə uyğunlaşmaq üçün çevik qərarlar vermək lazımdır. Bu bütün şirkətlərə aiddir”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook