Milli Məclisin şöbə müdirindən “Porsche” ilə bağlı AÇIQLAMA - "Dostumundur..."
May 12
12:17
2020
Ötən gündən etibarən sosial şəbəkələrdə Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədova məxsus olduğu iddia edilən "Porsche” markalı avtomobilin satışa çıxarıldığı bildirilir. "Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.
Bildirilir ki, İ. Məmmədov "Turbo.az" saytında avtomobilini satışa çıxarıb. Eyni zamanda, sosial şəbəkə hesabında da avtomobillə bağlı da məlumat yerləşdirib.
Belə ki, " Porsche Boxter GTS” avtomobil 54 min dollara (təxminən 92 min manata) təklif olunub. Elanda qeyd olunub ki, bu komplektasiyada Azərbaycanda ikinci avtomobil yoxdur.
"Qafqazinfo” avtomobilin kimə məxsus olması barədə şöbə müdiri ilə əlaqə saxlayıb.
İ. Məmmədov "Qafqazinfo”ya bildirib ki, avtomobil ona məxsus deyil: "O mənim dostumun maşını idi. Bir ay əvvəl məndən xahiş etmişdi ki, elanı səhifəmdə paylaşım. Mən də burada heç bir qəbahət görmürəm və elanı paylaşmışam.
Qeyd edək ki, məsələ ilə bağlı Milli Məclisin yeni mətbuat xidmətinin rəhbəri Ceyhun Əli ilə də əlaqə saxlamağa çalışdıq. C. Əli telefona cavab verməyib.

Qlobal.az