“Milli sərvətimizdir, muğam” adlı konsert proqramı keçiriləcək
Aprel 08
10:04
2017
Heydər Əliyev Sarayında mayın 31-də gənc muğam ifaçılarının iştirakı ilə "Milli sərvətimizdir, muğam” adlı konsert proqramı keçiriləcək.
Bu barədə "Report"a sarayın mətbuat xidmətindən məlumat verilib.
Konsertdə muğam müsabiqələrinin laureatları olan gənc muğam ifaçıları Ariz Hüseynov, Nigar Rəhimova, Günay İmamverdiyeva, Mehman Hüseynov, Elgiz Əliyev, Xətai Hacıyev, Sərxan Bünyadzadə, Babək Quliyev, Səfalı Mirzəliyev, Vüqar Qarabağlı, Hüseyn Məlikov, Kamilə Nəbiyeva, Sədəf Budaqlı, Ayşən Mehdiyeva, Ağaşükür Nəsirov və Habil Nuran iştirak edəcəklər.
Konsert saat 19:00-da başlayacaq.
Biletlərin qiyməti 10-40 manatdır. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə etmək mümkündür.
Qlobal.az