"Milli təhlükəsizliyimizi güzəştə getməyəcəyik" - XİN
Dekabr 13
10:14
2019
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) ABŞ Senatının 1915-ci il hadisələrini "Erməni soyqırımı” kimi tanımasına münasibət bildirib.
Türkiyə Prezident Administrasiyasının sözçüsü Fəxrəddin Altın isə layihənin qəbulunu iki ölkə arasında münasibətlərə zərər verəcəyini deyib. O, özünün "Twitter” hüsabında yazıb ki, qərar Türkiyə-ABŞ münasibətlərinin gələcəyinə təhlükə yaradır: "Senatın bəzi üzvləri Suriyadakı hərbi əməliyyatlarımızdan narahat olduğu üçün milli təhlükəsizliyimizi güzəştə getməyəcəyik. Biz erməni qardaşlarımızdan fərqli fikirlərdə elmi və akademik yollarla ortaq məxrəcə gəlmək cəhdlərinin ABŞ Konqresi tərəfindən qarşısının alınmasına icazə verməmələrini gözləyirik”.
APA-nın xəbərinə görə, Türkiyə XİN layihənin qəbul edilməsini tarixin siyasiləşdirilməsini utancverici örnək kimi qiymətləndirib: "Bu, Türkiyə-ABŞ münasibətlərinin inkişaf etdirilməsi səylərinin qarşısını alan təxribat xarakterli təşəbbüsdür. Qərarın hüquqi əsası yoxdur. Belə haqsız qərarlar Türkiyənin bölgədə mənfəətlərini qorumaq hədəflərinə təsir etməyəcək”.