Millimiz avtoqolla məğlub oldu
Oktyabr 10
00:13
2019
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Çexiyanın Frydek-Mistek şəhərindəki "Stovki" stadionunda keçirilən görüşdə hesabı qonaqlar açıb. 6-cı dəqiqədə millimizin üzvü Elnur İbrahimov topu öz qapısına göndərib. Oyun elə bu hesabla da başa çatıb.
Qaynarinfo xəbər verir ki, millimiz Norveçin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.