Millimiz Belfastdan xal əvəzinə televizorla qayıdıb
Noyabr 13
12:20
2016
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə qarşılaşan milli komandamız səfərdən təkcə qapısından buraxdığı 4 qolla dönməyib.
Belə ki, səfər zamanı Belfastdakı yerli elektorinka mağazasından millimiz üçün 8 ədəd televizor alınıb. Həmin cihazlar oyun başa çatdıqdan sonra millimizi ölkəyə gətirən təyyarəyə yüklənib.
Məşhur "SKY Sport” kanalı maraqlı iddia ilə çıxış edib.
Belə ki, səfər zamanı Belfastdakı yerli elektorinka mağazasından millimiz üçün 8 ədəd televizor alınıb. Həmin cihazlar oyun başa çatdıqdan sonra millimizi ölkəyə gətirən təyyarəyə yüklənib.
Hətta onlardan üçünün dioqonalının 72 düym olması iddialar arasındadır.
Bildirilib ki, bu televizorların ümumi dəyəri 12 min funt-sterlinqdir.
(apa)