SON XƏBƏR

Millimiz ilk qələbəsini qazandı

Oktyabr 18
00:30 2023
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində 3-cü oyununa çıxıb.

F qrupunda yer alan Samir Əliyevin komandası Lüksemburqla qarşılaşıb. "Azərsun Arena”da keçirilən görüş Azərbaycan yığmasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi qrupda keçirdiyi əvvəlki iki matçda məğlub olub.

17 oktyabr

F qrupu, 4-cü tur

18:00. Azərbaycan – Lüksemburq - 3:2

Qollar: Nəriman Axundzadə,41-pen; Yohann Torres, 88-avtoqol, Ağadadaş Salyanski, 90+1 - Rayan Berberi, 45+5, Leon Elşan, 54

Baş hakim: Dumitri Muntean (Moldova).

Bakı. "Azərsun Arena”.

Xallar:

1. Ukrayna - 3 oyun, 9 xal

2. İngiltərə - 3 oyun, 6 xal

3.  Serbiya - 3 oyun, 6 xal

4. Lüksemburq - 4 oyun, 3 xal

5. Azərbaycan - 3 oyun, 3 xal

6. Şimali İrlandiya - 4 oyun, 3 xal


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook