Millimiz İsveçrədə uduzdu
Noyabr 13
01:17
2020
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.
"Report"un məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu kollektiv İsveçrənin qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 22-ci dəqiqədə qonaq komandadan Ozan Can Kökçü açıb. 49-cu dəqiqədə Bastien Toma bərabərlik qolunu vurub. Oyunda son nöqtəni isə 90+1-ci dəqiqədə Filip Stojilkoviç qoyub.