Millimiz Urmiyada erməniləri məğlub edib
Noyabr 29
13:32
2018
Cənubi Azərbaycanın Urmiya şəhərində keçirilən gənc güləşçilər arasında "Martyrs Cup” turnirində sərbəst güləşçilərin mübarizəsi başa çatıb.
Qlobal.az oxu.az-a istinadən xəbər verir ki, məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında Şahin Muxtarov, Mahir Məmmədzadə (hər ikisi -57 kq), Əsgər Məmmədəliyev, Tural Hüseynov (hər ikisi -61 kq), Elmar Kazımov (-65 kq), Əşrəf Aşurov (-70 kq), Davud İbrahimov (-74 kq), Rəşad Yusifli (-79 kq), İslam İlyasov (-86 kq), Asxab Həmzətov (-92 kq), Sənan Əlizadə (-97 kq) və Aydın Əhmədovdan (125 kq) ibarət yığmamız qrupda əvvəlcə Urmiya ilə qarşılaşıb.
Görüş 5:5 hesabı ilə başa çatıb. Fərdi qarşılaşmaların fərqinə görə yerli komanda qələbə qazanıb.
Millimiz bu məğlubiyyətin əvəzini İranın digər komandasından çıxıb - 7:3. Qrupdakı son görüşdə Ermənistana 6:4 hesabı ilə qalib gələn pəhləvanlarımız III yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb.
Yığmamız son görüşdə İranın daha bir komandası ilə üz-üzə gəlib. İki güləşçimizin zədələnməsi nəticəyə təsirini göstərib - 4:6. Beləliklə, millimiz Urmiyada IV yeri tutub.