Millimizin futbolçusuna görə "Bursaspor"a lisenziya verilmədi
May 12
16:22
2017
"Bursaspor" Türkiyə Futbol Federasiyasının (TFF) Lisenziya Heyəti tərəfindən verilən 2017-2018 mövsümü üçün UEFA yarışlarına lisenziya ala bilməyib.
Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, lisenziya üçün müraciət edən 16 klubdan müsbət cavab verilən 12 klub arasında "Bursaspor" yoxdur.
Türkiyənin futbolarena.com saytının iddiasına görə isə Bursa təmsilçisi borclu olduğu futbolçuları - Dəniz Yılmaz, Bakaye Traore ve Tomas Necidin şikayətləri səbəbindən lisenziya əldə edə bilməyib.
Qeyd edək ki, bundan əvvəl millimizin hücumçusunun maaşında gecikmə olduğu üçün klubu FİFA-ya şikayət etməklə hədələdiyi iddia edilirdi. Məhz buna görə onun əsas komandadan uzaqlaşdırıldığı bildirilir.