Millinin baş məşqçisi: "Futbolçulardan bu cür oyun gözləmirdim"
Mart 26
10:54
2022
Bu gün Maltada keçirilmiş Malta – Azərbaycan yoldaşlıq oyunundan sonra təşkil olunan mətbuat konfransında baş məşqçi Canni De Byazi fikirlərini bildirib.
Qaynarinfo xəbər verir ki, mütəxəssis bunları söyləyib:
"İstədiyimiz oyunu nümayiş etdirə bilmədik. Futbolçulardan bu cür oyun gözləmirdim. Oyunumuzdan narazı qaldım. Rəqib bizdən yaxşı oynadı və topa nəzarət edən tərəf oldu. İkinci hissənin əvvəlində fərqlənə bilərdik, amma rəqib bunu bacardı. Çoxlu qollar buraxmağımız məni narahat edir. Onlar əllərindən gələni etməlidilər ki, yaxşı nəticələr qazana bilək".
Dünən demişdim ki, taktiki baxımdan dəyişikliklər ola bilər. İndi edə bilməsək, nə vaxt edəcəyik? Çox narazıyam. Hər şey istədiyimiz kimi alınmadı. Bəzi oyunçulardan daha çox şey gözləyirəm. Çoxlu fərdi səhvlərə yol veririk. Bu da məni narahat edir. Malta təxminən bizimlə eyni səviyyədədir. Yaxşı nəticələr qazanmaq üçün daha istəkli olmalıyıq".