SON XƏBƏR

Milyarderin zavodu SOCAR-ın tabeçiliyinə keçir

Sentyabr 15
11:39 2016
"Bu ilin sonuna qədər Azərbaycan Metanol  Zavodu ("AzMeCo”) SOCAR-ın tabeliyinə verilə bilər”. Bu barədə SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib.

Onun sözlərinə görə, hazırda SOCAR məhkəmənin müvafiq qərarını gözləyir: "Bu qərara əsasən adıçəkilən zavod "Aqrarkredit” bank olmayan kredit təşkilatına keçməlidir. Bundan sonra zavod hərrac yolu ilə SOCAR-a satılacaq”.

İstiqlal.az xatırladır ki, Azərbaycan Beynəlxalq Bankı və Rusiyanın "Sberbank”ı metanol zavodunun maliyyələşdirilməsində iştirak ediblər. Zavod 450 milyon dollara tikilib.

AzMeCo şirkətinin Direktorlar Şurasının sədri, azərbaycanlı milyarder Nizami Piriyevdir.

Metanol istehsalı üçün xammal kimi təbii qaz çıxış edir. (APA)

Qlobal.az





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook