Mincivan qəsəbəsinin işğaldan azad olunmasından dörd il ötür
Oktyabr 21
07:36
2024
Bu gün - oktyabrın 21-i Zəngilan rayonunun Mincivan qəsəbəsinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyi gündür.
2020-ci il oktyabrın 21-də Mincivan qəsəbəsi ilə yanaşı, rayonun Babaylı, Üçüncü Ağalı, Sarıl, Xumarlı, Hacallı, Xurama, Cahangirbəyli, Turabad, İçəri Müşlan, Qıraq Müşlan, Məlikli, Üdgün, Baharlı, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Tinli kəndləri, Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli və Zərgər kəndləri işğalçılardan azad edilib.
Mincivan qəsəbəsi Araz çayının sahilində, düzənlikdə yerləşir. 1795-1798-ci illərdə aclıq nəticəsində Cənubi Azərbaycanın Mincivan kəndindən gələn ailələrin məskunlaşması nəticəsində yaranıb, oradakı kəndin adı da yeni məntəqəyə verilib. XIX əsrdə Zəngəzur qəzasında Mincivan adlı iki kənd qeydə alınıb.