SON XƏBƏR

Mingəçevirdə Ulu Öndərin xatirəsinə həsr olunmuş idman yarışları başa çatıb

May 18
23:22 2016
Mingəçevir Dövlət Universitetində ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilən idman yarışları başa çatıb. Universitetin idman zalında və stadionunda stolüstü tennis, kikboksinq, şahmat, dama və mini futbol üzrə birinciliklər keçirilib.
 
AZƏRTAC xəbər verir ki, yüksək səviyyədə təşkil olunan yarışlar aprelin 10-dan mayın 17-dək davam edib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda universitetin 500-dək tələbəsi iştirak edib. Qalib komandaların üzvlərinə kubok, medal və xatirə hədiyyələri təqdim olunub. Ən yaxşı idmançı tələbələr seçilərək gələcəkdə onların respublika səviyyəli yarışlarda iştirakına şərait yaradılacaq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook