Mingəçevirin icra başçısının ərköyün oğlu yenə avtoqəza törədib – FOTO
Noyabr 15
11:48
2021
Mingəçevir şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılovun kiçik oğlu Orxan İsmayılovun avtomobil qəzası törətməsinə dair xəbər dolaşır.
Mingəçevirdən Demokratik.az-a verilən məlumata görə, hadisə bir neçə gün əvvəl şəhidlərin ildönümündə Mingəçevirin özündə baş verib. Bildirilir ki, icra başçısının oğlu Orxan İsmayılov özünə ad günü keçirdiyi gün axşam saatlarında idarə etdiyi "CEEP” markalı avtomaşınla qəza törədib. Belə ki, icra başçısının oğlu öz maşını ilə "Mersedes” markalı, "AZ 10-RN-441” dövlət nömrə nişanlı maşını qabaq hissəsindən vuraraq səkiyə atıb, nəticədə Mersedesin sürücüsü vətəndaş Ruslan Əliyevin hadisənin təsirindən qolu sınıb.
Saytımıza verilən məlumatda bildirilir ki, qəzanın ardından Orxan atası İlham İsmayılova xəbər verib və icra başçısının göstərişilə ərköyün oğlunun maşını hadisə yerindən aparılıb. Qəzada xəsarət alan Ruslana isə yeni maşın alacaqları vədilə 7 min beş yüz manat pul verildiyi, Ruslanın da həmin pulla Gəncədə müalicələrə cəlb edildiyi iddia edilir. Məlumata görə, Ruslanın sınıq xəsarətinin müalicəsinə tanınmış travmotoloq-cərrah Məzahir həkim cəlb edilib. İcra başçısının istəyilə hadisənin ictimaiyyətdən gizlədildiyi və yerli polis araşdırmasından yayındırıldığı, yumşaldıldığı da bildirilir.
Qəzadan çəkildiyi bildirilən fotoları da təqdim edirik…
Qlobal.az