Minimum əmək haqqı artdı: Fərdi sahibkarlar nə qədər sosial ödəniş edəcək?
Yanvar 12
13:35
2023
"Sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlarımızın ödədiyi sosial ödənişlərin məbləği minimum əmək haqqı ilə bağlıdır. Bu il yanvarın 1-dən minimum əmək haqqı artırıldığı üçün sosial haqqların məbləğində dəyişikliklər də baş verdi”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov fərdi sahibkarların nə qədər sosial haqqlar ödəyəcəkləri ilə bağlı sullara cavab verərkən deyib. Onun sözlərinə görə, əhalinin sosial təminatının daha gücləndirilməsi üçün minimum əmək haqqının mütəmadi artırıldığını nəzərə alaraq sahibkarlar üçün differensial sosial haqqların müəyyənləşdirilməsi daha məqsədəuyğun olar:
"Belə ki, sosial haqlar üzrə faizlərin sahibkarların əldə etdiyi gəlirə uyğunlaşdırılması və nisbətən az daxilolmaları olan fiziki şəxslərin daha aşağı faizli sosial sığortaya cəlbi məqsədəuyğundur. Nəticədə minimum əmək haqqı məbləğləri artırılanda, daha az gəliri olan sahibkarların sosial sığorta ödənişlərində nisbətən az artımla müşahidə oluna bilər. Müraciətlərin sayını nəzərə alaraq, bu ilin yanvarın 1-dən tətbiq olunacaq sosial sığorta haqqlarının yeni məbləğlərini təqdim edirik. Bakı şəhəri üzrə: tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar- 172.5 manat, digər sahələrdə çalışan sahibkalrar- 86.25 manat, Sumqayıt və Gəncə şəhərlərində çalışanlar üçün: tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar - 155.25 manat, digər sahələrdə çalışan sahibkalrar- 77.62 manat. Digər şəhərlərdə çalışanlar üçün: tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar- 138.0 manat, digər sahələrdə çalışan sahibkalrar - 69.0 manat. Rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə: tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar - 103.5 manat, digər sahələrdə çalışan sahibkalar- 51.75 manat. Kənd yerlərində: tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar - 86.25 manat, digər sahələrdə çalışan sahibkalrar- 43.12 manat. Muzdlu işçi cəlb etmədən məşğul olan fiziki şəxslər üçün sosial sığorta haqqlarında dəyişikliklər olacaq. Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət - 17.25 manat. Fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət - 17.25 manat, çəkməçi, pinəçi - 10.35 manat. Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri - 10.35 manat. Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) - 10.35 manat. Nəqqaşlıq emalatxanalarının fəaliyyəti - 10.35 manat olacaq. Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər - 10.35 manat, fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər - 10.35 manat ödəyəcəklər".