Minskdə çoxminlik yürüş: Atəş açıldı, səs bombası atıldı - 400 həbs
Sentyabr 14
14:34
2020
Bu gün Minskdə çoxminlik "Qəhrəmanların yürüşü” baş tutub.
Qlobal.az xəbər verir ki, müxtəlif hesablamalara görə, 100-150 min nəfər iştirak edib.
Gün ərzində bir neçə dəstə Aleksandr Lukaşenkonun paytaxt iqamətgahına və ölkə rəhbərliyinin yaşadığı "Drozdı” elit kottec kəndinə tərəf üz tutub.
Şəhərin mərkəzində mobil internet kəsilib. Etirazçılar səkiləri zəbt edərək səki və keçidləri bağlayıblar.
Şahidlər atəş açıldığını bildirib. Minskdəki etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələrinin havaya atəş açmağa başladığı qeyd edilib. Novovilenskaya küçəsi ərazisindəki etirazçılardan ibarət bir cərgə Drozdı kəndinə doğru hərəkət edərkən xəbərdarlıq atəşləri eşidilib. İddialara görə, bu şəkildə hüquq-mühafizə orqanlarının əməkdaşları icazəsiz aksiya iştirakçılarını dayandırmağa çalışıblar. Eyni zamanda, Belarus Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Olqa Çemodanova şöbədə bu hadisə ilə bağlı məlumatların olmadığını deyib. O, Minskdəki vəziyyəti "tamamilə idarəolunan” adlandırıb.
Minskdəki dinc aksiyalar təhlükəsizlik işçiləri tərəfindən dağıdılıb. Etirazçılara qarşı su şırnaqları və səs bombası istifadə edilib - Daxili İşlər Nazirliyi bunu da təkzib edib. Fəallar nəzarətə alınıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, paytaxtın müxtəlif rayonlarında 400-dən çox adam saxlanılıb.
Aksiyalar Brest, Qrodno, Moqilyev, Vitebskdə də keçirilib.
Xatırladaq ki, Belarusda etirazlar 9 avqustda keçirilən prezident seçkisindən sonra başlayıb. MSK zəfəri ölkənin hazırkı lideri Aleksandr Lukaşenkoya verib.
Qlobal.az xəbər verir ki, müxtəlif hesablamalara görə, 100-150 min nəfər iştirak edib.
Gün ərzində bir neçə dəstə Aleksandr Lukaşenkonun paytaxt iqamətgahına və ölkə rəhbərliyinin yaşadığı "Drozdı” elit kottec kəndinə tərəf üz tutub.
Sonra etirazçılar cərgəsi etiraz aksiyaları zamanı öldürülən Aleksandr Taraikovskinin xatirəsini yad etmək üçün "Puşkinskaya” metro stansiyasına çatıb.