Mir Cəlal: bizə Nizamini sevdirən dahi
May 18
00:07
2019
Şəmşad Ağa
Cağımızın böyük mütəfəkkirlərindən biri – nizamişünas, şair Mir Cəlal Zəki haqq dünyasına qovuşdu, lakin bu gün təkcə Mir Cəlal ölmədi, Nizami Gəncəvi yenidən dünyasını dəyişdi...
Bakının Maştağa kəndində yaşayırdı Mir Cəlal Zəki. Uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Amma kasıb hücrəsinə çəkilib Nizamini qoruyurdu; mənasız tənqidi yazılardan, referatlardan, təriflərdən, elmi dərəcə almaq üçün yazılan və ya yazdırılan monoqrafiyalardan, 70 illik istila düşüncəsinin zədəli və bayağı tərcümələrindən...
Onu Azərbaycan ədəbiyyatı tarixində belə xarakterizə etmək olar: Mir Cəlal Zəki kimi doğulan, Nizami Gəncəvi kimi ölən...
Köhnə dünyanın sonuncu dahilərindən idi Mir Cəlal Zəki.
Onu Bahar Şirvaninin "Divan”ının tərcüməsi ilə tanımışdım. "Sirlər xəzinəsi”nin tərcüməsindən isə ilk dəfə Əvəz Qurbanlı ürəkdolusu danışmışdı.
İlk şəxsi tanışlığımız Yasin Xəlilin kitabının təqdimatında olmuşdu. Hafiz Şirazidən sitat gətirdiyi beytin şərhini verəndə özünü böyük tənqidçi, ədəbiyyatşünas sayanlar gözlərini döyə-döyə dinləyirdilər.
Onda bir daha Hafizin nə qədər böyük dahi olduğunun və bayağı tərcümələrdə necə qətlə yetirildiyinin şahidi olmuşdum...
Bahar Şirvaniyə "Bəhar Şirvani” deyirdi. Tərcümə etdiyi "Divan”ın üzərinə də elə beləcə yazmışdı: Bəhar Şirvani...
Mir Cəlal klassika idi: özündə XI əsrdən XXI əsrə qədər mənəvi və poetik yük daşıyan Şərq şerinin mahir bilcisi, canlı tarixi...
Ona görə köhnə dünyanın sonuncu dahisi deyirəm ki, XXI əsrdə o dövrün ifadə tərzlərini qoruyub saxlamışdı, hətta incə səslənişli "qəm”i "ğəm” kimi ağır və emosional tələffüz edir, tərcümələrində də saxlayırdı. Bununla da dövrün dil, daha dəqiq desək, üslub xüsusiyyətlərini, ritorikasını canlandırır, poetik dilin şəhdi-şəkərini obrazlı təqdim edirdi. Nizamişünas olsa da, o danışanda sanki Füzuli danışırdı: "Ey əsiri-dami-ğəm...”
Sonuncu telefon danığımız da Füzulinin bu qəzəli ilə bağlı olmuşdu:
Həqiqət xəttini yazmaq dilərsən lövhi-zatında,
Xətin gülrüxlərin mənzur tut, məşqi-məcaz eylə!
Mir Cəlal ona görə dahi idi ki, 70 illik istila düşüncəsinin uydurduğu Nizamini öldürüb, həqiqi Nizamini diriltmişdi: tərcümə etdiyi "Sirlər Xəzinəsi”, "Xosrov və Şirin”lə birgə...
Nə qədər ağır olsa da, deyim ki, o, Azərbaycan oxucusunu Süleyman Rüstəmin, Səməd Vurğunun, Rəsul Rzanın, Abdulla Şaiqin, Mikayıl Rzaquluzadənin, Xəlil Rza Ulutürkün uydurduğu Nizamidən xilas etmək istəyirdi.
O Nizami ki əsərlərini əruz vəznində yazmışdı, amma bunlar sətri tərcümədən hecaya çevirmişdilər. Bu tərcümələrdə məzmun, məna itmiş, sadəcə, forma olaraq bircə əsərlərin adı qalmışdı: Nizami Gəncəvinin "Sirlər Xəzinəsi" və s.
Nizami "Sirlər Xəzinəsi”ni əruzun səri (sürətli, cəld, tez-tez) bəhrində yazsa da, Süleyman Rüstəmlə Abbasəli Sarovlu, eləcə də Xəlil Rza Ulutürk onu hecada tərcümə ediblər.
Məsələn, Süleyman Rüstəmlə Abbasəli Sarovlunun tərcüməsində "Sultan Səncər və qarı” hekayətində bir nümunəyə diqqət edək:
Zülm edib bir qarıya çox uddurmuşdular qan,
O da bir gün Səncərin tutaraq yaxasından...
Səncər at üstə, qozbel qarı isə yerdədir. Bəs onda qarı atın üstündəki sultanın yaxasından necə yapışa bilir? Olsa-olsa, ancaq əli Sultanın ətəyinə çata bilər. Hətta bu illüstrasiyanı "Nizami” metrostansiyasının divarlarına belə həkk ediblər...
Mir Cəlal Zəki isə Nizamini elə əruzdan əruza, həm də bəhri və mənanı saxlamaqla tərcümə edirdi:
Bir qarı görmüşdü sitəm xəncərin,
Tutdu əliylə ətəyin Səncərin...
Bu, sadəcə, kiçik bir detaldır. Bütövlükdə isə orijinal Nizami Mir Cəlalda, orijinal Mir Cəlal Nizamidə - "Xəmsə”də idi...
Bu gün Mir Cəlal öldü, belə desək, mütəfəkkirdən "Canı canan dilədi, verməmək olmaz, ey dil” deyə getdi...
Maraqlı olan budur ki, ölkənin içindən bir dahi keçdi, bu boyda ölkədə kimsənin xəbəri olmadı...
Lap elə Eldar Baxışın dediyi kimi:
bir şairi öldürdülər
bir ölkənin ortasında, -
ölkə bilmədi...
Ruhun şad olsun, ustad!