Mircavadov: “Qarabağ” çempionluq məsələsini həll edib”
Mart 07
13:54
2022
Premyer Liqanın 18-ci turu çərçivəsində baş tutan görüşlərdən sonra artıq "Qarabağ”ın böyük ehtimalla çempion olacağı bildirilir. Komandanın "Qəbələ” üzərində 5:1 hesablı qələbəsi, bununla da "Neftçi” ilə arada yaranan 9 xallıq fərq və bir sıra amillər bu cür fikirlərin yaranmasına əsas verir. "Neftçi”nin nəzəri cəhətdən çempionluq şansnın qalmasına rəğmən, hələ də toparlana bilməməsi artıq komandanın bu mövsüm gözlənilən nəticəni verməyəcəyi ilə bağlı şübhələr yaradır. Bəs Azərbaycanın tanınmış mütəxəssislərindən olan, Şöhrət ordenli məşqçi Ağasəlim Mircavadov mövsümün gedişatı ilə bağlı nə düşünür?
"Neftçi”nin sabiq məşqçisi Qaynarinfo-ya açıqlamasında öz fikirlərini bölüşüb:
"Hər oyunun mahiyyəti böyükdür. Əlbəttə, "Qarabağ” bütün klublardan üstündür. Bu birmənalıdır. Amma "Qarabağ”ın futbolçuları üçün müəyyən mənada narahatlıq var. Komandaya təzyiqlər olmayacaq. Hər oyuna, xüsusən Avrokuboklara hər dəfə təzyiqlərlə hazırlaşırdılar. Onları motivasiya etmək ağır ola bilər. Çünki çempionluq məsələsini həll ediblər. Ancaq 2, 3, hətta 4-cü yer uğrunda mübarizələr olacaq. "Neftçi” çox xal itirib. Bir də ki, oyunların sayı azdır. "Neftçi” ikinci, üçüncü yer uğrunda "Zirə” və "Qəbələ” ilə mübarizə aparmalıdır. "Neftçi”nin çempionluğu, gəlin etiraf edək ki, inandırıcı görünmür”.
Mircavadov bu mövsüm onu təəccübləndirən komandanın adını da açıqladı:
"Qəbələ” təəccübləndirdi. Keyfiyyətli oyunçuların sayı az olsa da, hər oyuna böyük motivasiya ilə çıxırdılar. "Qarabağ”a 1:5 hesablı məğlubiyyətə gəlincə, etiraf edək ki, "Qəbələ”nin bu komanda ilə mübarizə aparmaq üçün gücü yoxdur. Mövsüm ərzində bir dəfə heç-heçə edə bilərlər. Amma oyun aparmaq qabiliyyətinə, oyunçuların keyfiyyətinə görə "Qarabağ” üstündür”.
Mütəxəssis Rəşad Sadıqovun baş məşqçisi olduğu "Zirə”nin cari mövsümdə çıxışına da toxundu. Çempionatın gümüş medallarına əsas namizədlərdən olan qəsəbə təmsilçisi haqda bunları dedi:
"Zirə” öz oyununu axtarır. Yəni, tam olaraq tapmayıb. Nə mənada? Oyunçu seçimi barəsində. Avropada uğurlu çıxış etmək üçün "Zirə”yə oyunçular lazımdır. Ancaq üstün cəhətləri odur ki, nəyə görə oynadıqlarını bilirlər. Hətta bəzi oyunlarda düşdükləri çətin vəziyyətdən çıxdılar. Bu, komandanın inkişafı, gələcəyi, xarakter formalaşması üçün əsas amildir. Rəşad Sadıqovun oyun üslubu Qurban Qurbanovdan ciddi fərqlənmir. Demək olar, "Qarabağ”ın sistemində oynayırlar. Məşqçini qınamaq da lazım deyil. Hər məşqçinin öz üslubu olmalıdır. O zaman çempionatda rəngarənglik yaranır. Bütün klublar eyni üslubda oynaya bilməz. Üslub olanda həm məşqçi, həm də oyunçular inkişaf edir. Bir, iki oyunla demək olmaz ki, üslubum var. Getdikcə inkişaf etdirmək lazımdır. Hər şey güclü məşq və oyun prosesindən, bir də komandanın istəyindən asılıdır. Üslubu futbolçuların beyinlərinə yeritmək lazımdır”.