Mirşahin mətbuat konfransı keçirir -qərara etiraz
Yanvar 22
18:17
2016
ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağyaev Milli Teleradio Şurasının bugünkü qərarıyla bağlı ANS-də mətbuat konfransı keçirəcək.
Bu barədə Musavat.com-a məlumat verən mənbənin sözlərinə görə, Mirşahin MTRŞ-in gözlənilməz qərarından danışacaq, ANS-in bu qərarla bağlı mövqeyini bildirəcək.
Qeyd edək ki, MTRŞ ANS televiziyasında gedən "Hesabat" verilişinin bir aylığa bağlanması barədə qərar qəbul edib və bu qərarını izah edən açıqlama yayıb.