Mirsamir Məmmədov: "Bakı-Tbilisi-Qars dəmir yol xəttinin açılışı Dövlətimizin Başçısının yüksək diplomatiyasının nəticəsidir"
Noyabr 03
16:00
2017
"Cənab Prezident böyük əzmlə, hər kəsin sadəcə xəyal etdiyi və reallaşmasına xəyal olaraq baxılan bu layihənin inşasına nail oldu. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yol xəttinin çəkilməsində məqsəd xalqımızın maraqlarının qorunması məsələsi idi və cənab Prezident bunu uğurla gerçəkləşdirdi".
"Dövlətimizin başçısı Azərbaycan tarixində mühüm və strateji önəmi olan bir uğura imza atdı. Bakı-Tbilisi-Qars dəmir yol xəttinin açılışı yeni bir tarixin başlanğıcı və uğurlarımızın yüksələn xəttlə davam etməsinin bariz görüntüsüdür! Möhtərəm cənab Prezident üç ölkəni əbədiyyən birləşdirən bu möhtəşəm layihəni həyata keçirtməklə ölkəmiz və xalqımız üçün misilsiz bir xidmət göstərmiş oldu. Bu layihənin açılışı tariximizə qızıl hərflərlə daxil oldu. Həm Azərbaycanda, həm Türkiyədə hər kəs bu layihənin açılışını sevinclə, aıqışla qarşıladı. Cənab İlham Əliyev bu dəmir yol xəttinin inşası və açılışı ilə Türkiyə-Azərbaycan qardaşlığını daha möhkəm köklərə bağlamış oldu. Hər iki ölkə xalqının sevincinə nail olmaq ölkələrimiz üçün elə tarixin ən böyük zəfəridir. Dövlətimizin başçısı məhz bu zəfərə imza atdı. Hər zaman mükəmməl addımlar atan cənab İlham Əliyev tariximizin ən dərin səlnamələrini yaratmaqda və əbədiləşdirməkdədir. Eləcə də bu dəmir yol xəttinin açılışı Azərbaycan üçün, ölkəmiz və xalqımız üçün yüksək miqyasda uğur gətirəcək. Bu baxımdan bu layihə tariximizin yeni mərhələsinin zəfəridir."-deyə, M.Məmmədov bildirib.
Bunu mətbuata açıqlamasında, siyasi ekspert, politoloq Mirsamir Məmmədov deyib.
M. Məmmədov bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yol xəttinin açılışı Ölkəmiz, Dövlətimiz və xalqımız üçün çox-çox xeyirli və uğurlu bir addım oldu. "Bakı-Tbilisi-Qars dəmir yol xətti üç ölkəni bir araya gətirməklə, bölgədə yaşayan insanlar üçün çox rahat və əvəzsiz minik vasitəsi olacaq. Bu layihə 3 ölkə arasında iqtisadiyyatda monolitliyə xidmət edəcək. Təbii ki, bu hal özlüyündə xalqımız və Dövlətimiz üçün uğur deməkdir. Həm sərnişin daşımada, həm yükdaşımada bu dəmir yol xəttinin özünəməxsus və əvəzsiz xidməti olacaq ki, bu da sözügedən üç ölkənin iqtisadi sahələrinə böyük töhvə verəcək. Xüsusən Azərbaycan üçün, inkişafın davamlılığını və artımını təmin etmək üçün atılan çox uğurlu addımlardan biridir və iqtisadiyyatımızın bir çox sferalarına çox yüksək təsir göstərəcək. Dövlətimizin Başçısı cənab İlham Əliyevin apardığı siyasət də məhz elə bundan ibarətdir ki, möhtərəm cənab Prezidentin yüksək diplomatik və uzaqgörən siyasəti sayəsində bu dəmir yol xəttinin inşası mövcudlaşdı. Bu layihənin icrasından və Bakı-Tbilisi-Qars dəmir yol xəttindən ən çox yararlanan təbii ki, xalqımız olacaq".