Mirzoyan Azərbaycanla sülh sazişi üçün üş əsas prinsipin olduğunu deyib
Yanvar 23
16:35
2024
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh sazişi üçün üç əsas prinsipin olduğunu deyib.
Nazir söyləyib ki, Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü qeyd-şərtsiz tanımalıdır: "Sərhəd SSRİ-nin səlahiyyətli orqanları tərəfindən yaradılmış və möhkəm hüquqi bazaya malik xəritələr əsasında müəyyən edilməlidir. Bu reallığı əks etdirən ən yeni xəritələr 1974-78-ci illərdəki xəritələrdir. Həmçinin kommunikasiya xətləri suverenlik prinsipləri əsasında açılmalıdır”.
"Report” xəbər verir ki, o, bu barədə keçirdiyi mətbuat konfransında danışıb.